İsrail İran Xarici İşlər Nazirliyinin binalarından birinə hücum edib və diplomatlar da daxil olmaqla çoxlu mülki vətəndaşın yaralandığı bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Məlumata görə, şöbənin binası Tehrandakı Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutu ilə üzbəüz yerləşir.
Hücum zamanı yaralananların səhiyyə müəssisəsinə aparıldığı qeyd edilib.