RU

Riyad Məmmədov Moskva Caz Festivalında çıxış edib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Moskva, 15 iyun, AZƏRTAC

Moskva Caz Festivalı çərçivəsində “Ermitaj” bağında tanınmış azərbaycanlı pianoçu və bəstəkar Riyad Məmmədovun çıxışı baş tutub.

AZƏRTAC xəbər verir ki, musiqiçi tamaşaçılara öz müəllif kompozisiyalarını təqdim edib. Konsert proqramına şərq motivləri ilə Qərb musiqi formalarının sintezi olan muğam-hicaz üslubunda əsərlər də daxil olub.

Riyad Məmmədovla birgə səhnəyə baraban ifaçısı Ömər Səidov, kontrabasçı Mixail Dmitriyev və saksafonçu Mirhüseyn-xan Talışinski çıxıblar. Həmçinin, onun “East of Eden” və “East of Eden II” albomlarından parçalar səsləndirilib.

Konsertin xüsusi anlarından biri isə Rusiya xalq artisti, tanınmış saksafon ifaçısı İqor Butmanın səhnəyə çıxması olub. Onun iştirakı ilə Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Bana-bana gəl” əsəri səsləndirilib.

Gecənin fəxri qonağı isə multiinstrumentalist və bəstəkar Yuri Qinzburq olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
1
azertag.az

2Источники