RU

Netanyahu Trampın İsrailin Xamneyini öldürmək planına veto qoyması xəbərini təsdiqləməyib

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın İsrailin İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı sui-qəsd planına veto qoyması ilə bağlı “Reuters“ agentliyinin xəbərini təsdiqləməyib.

Ölkə.az APA-ya istinadən xəbər verir ki, Netanyahu bu haqda “Fox News” telekanalına müsahibəsi zamanı danışıb.

"Bu cür söhbətlər haqqında o qədər yalan məlumatlar var ki, onlar heç vaxt baş verməyib. Mən buna girməyəcəm. Amma sizə deyə bilərəm ki, biz lazım olanı edirik və lazım olanı edəcəyik.", - Netanyahu deyib.

Qeyd edək ki, “Reuters“ iki amerikalı rəsmiyə istinadən Trampın İsrailin Əli Xamneyini öldürmək planına veto qoyduğu haqda məlumat yaymışdı.

Избранный
25
1
olke.az

2Источники