RU

Maşınını satmağa aparan baba nəvəsi ilə birlikdə yol qəzasında öldü TƏFƏRRÜAT

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biləsuvarda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 12 radələrində rayonun Ağalıkənd kəndinin ərazisində qeydə alınıb.Belə ki, həmin kənd sakini M.Ağayevin idarə etdiyi "Hyundai" markalı avtomobillə Ovçubərə kənd sakini, P.İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub.Nəticədə "VAZ-2107" markalı avtomobildə olan 2 sərnişin - Ovçubərə kənd sakinləri Elxan Feyziyev və Qalib İsmayılov hadisə yerində ölüb, sürücü və digər sərnişin, Hüseyn Feyziyev xəsarət alıblar.Məlumata görə, Elxan Feyziyev özünə məxsus olan maşını Cəlilabad maşın bazarına satmağa aparıb. O özü ilə oğlunu, yeznəsini və nəvəsini də götürüb. Hadisə də məhz onlar maşın bazarından qayıdan zaman baş verib. Qəza zamanı baba E.Feyziyev və nəvəQ.İsmayılov hadisə yerində ölüb, ölən şəxsin oğlu H.Feyziyev və yeznəsi P.İsmayılov xəstəxanaya çatdırılıblar. Dünyasını dəyişən Qalib İsmayılov 10-cu sinif şagirdi olub.Qəza ilə bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
3
demokrat.az

4Источники