RU

Azərbaycanda prokuror müavini vəfat etdi


Azərbaycanda prokuror müavini vəfat edib.

News24.az xəbər verir ki, 59 yaşlı Fazil İdris oğlu Həsənov səhhətində yaşanan problemlə əlaqədar dünyasını dəyişib.

Qeyd edək ki, o 33 ildir ki, prokurorluq sahəsində çalışırdı.

Həmçinin F.Həsənov şəhid Tural Həsənovun əmisi idi.

Tural Həsənov 2020-ci il dekabr ayının 30-da Xocavənd yolunda xidməti maşında minaya düşərək şəhid olub.

O, Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasında iştirakına görə "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. (Oxu.Az)





Избранный
24
15
news24.az

10Источники