RU

220 Rusiya vətəndaşı İrandan Azərbaycana təxliyə EDİLDİ

İran və İsrail arasında yaranmış qarşıdurma nəticəsində İranda yaşayan əcnəbilərin təxliyəsi davam edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu çərçivədə Rusiya Federasiyasının 220 vətəndaşından ibarət qrupu artıq İran-Azərbaycan sərhədində – Astara keçid məntəqəsindədir.

Təxliyə olunan şəxslərin Azərbaycana girişinə başlanılıb.
 

Onların ölkə ərazisində müəyyən olunmuş nöqtələrə daşınması məqsədilə xüsusi nəqliyyat vasitələri ayrılıb, lazımi logistik dəstək təmin edilib.


Məlumata əsasən, sözügedən şəxslərdən ibarət iki qrup (139 və 81 nəfərlik) uzun illərdir İran ərazisində müxtəlif sahələrdə fəaliyyət göstəriblər. Hazırda onların təhlükəsiz şəkildə daşınması prosesi davam edir.

Sabutay, Bizim.Media, Cənub bürosu

Избранный
23
1
bizim.media

2Источники