RU

Biləsuvarda ağır qəza: BABA VƏ NƏVƏSİ ÖLDÜ

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, hadisə rayonun Ağalıkənd kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Cəlilabad rayonunun Alar kənd sakini idarə etdiyi "Hyundai” markalı avtomobillə hərəkətdə olarkən, ötmə əməliyyatını düzgün yerinə yetirməyib və qarşıdan gələn Biləsuvar rayonu, Ovçubərə kənd sakini Elxan Feyziyə məxsus “VAZ 2107” markalı avtomobillə toqquşub.

 

Qəza zamanı “VAZ 2107”-də olan yaxın qohumlar, sürücü və onun azyaşlı nəvəsi ölüb. Sürücünün oğlu və yeznəsi isə agır yaralanıb.

 

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.


Избранный
13
1
senzor.az

3Источники