Ajans.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, mərkəzi bazar yaxınlığında baş verib. “Chevrolet” markalı avtomobil yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Ağdaş rayon sakini Əhmədov Umudvar Həmdiyyə oğlunu vurub. Yaralı piyada xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.