RU

İnqilab Şirinli yazır:Biz nələrdən və kimlərdən qurtulduq?

Mili Qurtuluş Gününə söz ardı…

15 iyun 1993-cü il tarixdən başlayaraq Azərbaycan dövləti və Azərbaycan xalqı olaraq yeni bir ictimai-siyasi dönəmə qədəm qoyduq. Və biz hər cümləsində bir ordu gücü olan Heydər Əliyev fenomeninin sayəsində…
-Müstəqilliyimizin itirilməsindən qurtulduq;
-Milli kimliyimizin məhv olunmasından qurtulduq;
-Parçalanmadan, separatçılardan qurtulduq;
-Qanunsuz silahlı dəstələrdən, reketçilikdən qurtulduq;
-Çörək növbələrindən,aclıqdan, səfalətdən qurtulduq;
-"Böyük Ermənistan” projesinin gerçəkləşməsindən qurtulduq;
-Saxta polkovniklərdən,səriştəsiz və ərköyün idarəçilərdən qurtulduq;
-Boşboğaz,utopik və xəyalpərəst liderciklərdən qurtulduq;
-Milli-mədəni dəyərlərimizi özündə yaşadan qədim tarixə malik əşyaları, eksponatları, xalçaları ölkə xaricinə çıxaranlardan qurtulduq;
-İki etibarsız və xəyanətkar qonşularımızın təzyiqlərdən qurtulduq…
Və bu siyahını uzatmaq olar.Ancaq ortada təkzibolunmaz bir reallıq var. Artıq bir qərinə arxada qalıb və Heydər Əliyevin tarixi xidmətlərini bu gün Azərbaycan xalqı aydın şəkildə görür və qiymətləndirir. Zaman da,tarix də Heydər Əliyevin qiymətini verir və hələ bundan sonra da verəcək.Sadaladıqlarımın mahiyyətini anlamayanların sayı isə barmaqla sayılacaq qədərdir.
Tanrı DÖVLƏT ADAM Heydər Əliyevə rəhmət eləsin! Tanrı Azərbaycan dövlətini,Azərbaycan xalqını və Türk dünyasını qorusun!

İnqilab Şirinli,

Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, teleaparıcı 
 
 
 

Избранный
9
7news.az

1Источники