RU

"Batya Vasmoyski" ləqəbi ilə tanınan şəxs vəfat edib

Ötən il Bakıda müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışan, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi olduğunu bildirən "Batya Vasmoyski" ləqəbli Bəxtiyar Ağaməmmədov vəfat edib.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, onkoloji xəstəlik səbəbilə ötən gecə dünyasını dəyişib.

Mərhumun "Həzi Aslanov" metrostansiyası yaxınlığında yerləşən qəbirstanlıqda dəfn olunuduğu bildirilir.

Xatırladaq ki, o, ötən il paytaxtda 40 saylı müntəzəm marşrut xəttində sürücü kimi çalışıb.B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.

"Batya Vasmoyski"nin keçmişi ilə bağlı video çəkərək "YouTube" kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli isə "Qafqazinfo"ya açıqlamasında onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik olan vərəm daşıyıcısı olduğunu da bildirmişdi.

Избранный
12
17
far.az

10Источники