İyulun 1-dən etibarən İstanbul və Çanaqqala boğazlarından keçən gəmilər üçün ödəniş hesablamasında istifadə olunan qızıl frankın dəyəri 15% artırılaraq 5.83 dollara çatdırılacaq.
Far.Az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. O bildirib ki, əldə olunan gəlirlər hesabına boğazlarda ekoloji təhlükəsizliyin artırılması və gəmi hərəkətinə nəzarət sistemlərinin təkmilləşdirilməsi davam etdiriləcək.
Nazir qeyd edib ki, bu, 2022-ci ildən bəri tətbiq edilən dördüncü artımdır.
Xatırladaq ki, boğazlardan keçid haqqı 1936-cı ildə imzalanan Montrö Konvensiyasına əsasən, qızıl frankla hesablanır. Həmin dövrdə bir qızıl frankın dəyəri 0.8 dollar olub.