"Milan" Leverkuzen "Bayer"inin futbolçusu Qranit Cakanı hədəfləyib.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi üçün yaxın zamanda təklif göndəriləcək. Tərəflər arasında danışıqların gələn həftə başlayacağı bildirilir.
Qeyd edək ki, Qranit Caka bu mövsüm "Bayer"in heyətində 49 oyuna çıxaraq 2 qol vurub və 7 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.