RU

"Liverpul" yeni transferini nə vaxt açıqlayacaq?

style='margin-bottom:10px;'>

"Liverpul" "Bornmut"un futbolçusu Miloş Kerkezin transferinin yayda baş tutacağına tam əmindir. 

QOL.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində (əvvəlki "Twitter") məlumat yayıb.

21 yaşlı sol cinah müdafiəçinin keçidinin rəsmiləşdirilməsi yarımmüdafiəçi Florian Virtsin transferindən sonra gözlənilir. İngiltərə çempionu ilə Kerkez arasında artıq şifahi razılıq əldə olunub.

Daha öncə mətbuatda yayılan xəbərlərə əsasən, Virtz istirahətdən sonra "Liverpul"la müqavilə imzalamaq üçün tibbi müayinədən keçəcək.

Qeyd edək ki, başa çatan mövsümdə Miloş Kerkez 41 oyuna çıxaraq 2 qol vurub və 6 qolun ötürməsini edib. Onun "Bornmut"la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Избранный
37
teleqraf.com

1Источники