RU

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusunda 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən bildirilib.

Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xalqımızın taleyində mühüm əhəmiyyət kəsb edən, tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günü ilə bağlı hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb.

Qeyd edilib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə ölkəmizin həyatında yeni inkişaf dövrünün əsası qoyulub. Bu gün Ulu Öndərin Azərbaycanın xoşbəxt gələcəyi ilə bağlı ideyaları onun siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunub.

Избранный
27
8
publika.az

9Источники