RU

“İran-İsrail müharibəsi Rusiya-Ukrayna savaşını arxa plana keçirə bilər”

İsrailin İrana hücumu ilə başlayan müharibə üçüncü gündür ki, davam edir. Maraqlıdır, bu müharibə beynəlxalq birliyin, dünya ictimaiyyətinin Ukrayna və Rusiya müharibəsinə olan marağını azalda, bu müharibəni arxa plana keçirə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Təbii ki, İsrailin İrana qarşı hərbi müdaxiləsi və bu silahlı münsaqişənin daha qlolbal xarakter alması Rusiya-Ukrayna müharibəsini nisbətən arxa plana keçirə bilər. Çünki İsrail və İran arasında müharibənin daha geniş areala yayılacağı təqdirdə bir çox ölklərin bu müharibəyə qatılma ehtimalı var. Xüsusilə də Çin və Rusiyanın müdaxilə ehtimalı kifayət qədər artmağa başlayıb.

Hətta istəməsələr belə bəzi ərəb ölkələrinin, xüsusilə də İsrailə qonşu dövlətlərin müharibəyə qarışmaq ehtimalı artır. Belə bir şəraitdə ABŞ və Böyk Britaniya kimi dövlətlərin də İsrail tərəfindən müharibəyə qatılmaq ehtimalı arta bilər. Proseslərin belə inkişafı isə daha qlobal xarakterli savaş təhlükəsini ön plana çıxarmış olacaq. Hazırda Ukrayna savaşı təxminən eyni məzmun daşıyır. Ukraynaya ABŞ və Qərbin hərbi dəstəyi intensiv xarakter daşıyır. Bəzi dövlətlər isə Rusiyaya dəstək verir.

İsrail-İran müahribəsi beynəlxalq aləm üçün ciddi bir təhlkəlidir. Belə olacağı təqdirdə ABŞ və onun Qərbdəki müttəfiqlərinin əsas diqqəti ən azından Yaxın Şərqə yönəldəcəyi istisna deyil. Bunun bəzi əlamətləri artıq indidən müşahidə edilməyə başlayıb. Bəzi Avropa dövlətləri İsraili dəstəklədiklərini bəyan ediblər. Almaniya, Fransa, Böyük Britaniya bununla bağlı bəzi bəyanatlar verməkdədirlər. İsrail-İran savaşı ən qısa zamanda yekunlaşmazsa, hər iki tərəfin əlavə hərbi dəstəyə ehtiyacı olacaq. Bu baxımdan Rusiya və Ukraynaya istiqamətlənən hərbi dəstək İsrail və İrana doğru istiqamətlənə bilər. Bu isə dünya üçün Ukrayna müharibəsindən də ciddi təhlükə deməkdir”.

Seymur ƏLİYEV

Избранный
17
moderator.az

1Источники