RU

Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kuboku başa çatıb (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunayekun vurulub.

Trend xəbər verirki, yarışın sonuncu günündə idmançılar final mərhələsində çıxışediblər.

Azərbaycan təmsilçiləri turniri yüksək nəticələrlə başa vuraraq2 qızıl və 2 gümüş medal qazanıblar.

Qadınlar arasında çıxış edən Anahita Bəşiri, Nəzrin Zeyniyeva vəZəhra Rəşidovadan ibarət qrup bütün rəqiblərini qabaqlayaraqbirinci yeri tutub.

Kişi cütlüklərin yarışında Murad Rəfiyev və Daniel Abbasov qızılmedal qazanıb.

Kişilərdən ibarət Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov vəAbdulla Əl-Meşaihdən ibarət qrup, həmçinin qarışıq cütlükkateqoriyasında çıxış edən Milana Əliyeva və Sabir Ağayev isə gümüşmedallara sahib olublar.

Qeyd edək ki, üç gün davam edən turnirdə Azərbaycanla yanaşıÇin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan və Özbəkistandanümumilikdə 63 idmançı iştirak edib.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Избранный
12
5
az.trend.az

6Источники