RU

Trampdan İsrail-İran açıqlaması: Tezliklə sülh sazişi bağlanacaq

BAKI, 15 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsrail-İran müharibəsi ilə bağlı yeni açıqlama verib.

Teleqraf xəbər verir ki, Donald Tramp "Truth" sosial platformasında belə yazıb: "İran və İsrail razılığa gəlməlidir və gələcək. Hazırda çoxsaylı danışıqlar və görüşlər gedir".

Donald Tramp Hindistanla Pakistan, Serbiya ilə Kosova, Misirlə Efiopiya arasında sülh münasibətlərini misal gətirib:

"Eynilə İsraillə İran arasında tezliklə sülh olacaq. Hazırda çoxlu telefon danışıqları və görüşlər gedir. Mən çox şey edirəm və heç bir şey üçün tərif ummuram. Amma bu yaxşıdır, insanlar başa düşürlər. Gəlin Yaxın Şərqi yenidən möhtəşəm edək!"

Избранный
19
2
teleqraf.com

3Источники