RU

Fahrettin Altun: Qardaş Azərbaycan ilə həqiqətləri dünyaya birlikdə çatdıracağıq

"Can Azərbaycanın Milli Qurtuluş Gününü və Türkiyə - Azərbaycan əlaqələrini müttəfiqlik səviyyəsinə çıxaran Şuşa Bəyannaməsinin imzalanmasının 4-cü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm".

APA xəbər verir ki, bunu Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun "X" hesabında yazıb.

O həmçinin bunları deyib:

“Türkiyə - Azərbaycan Media Platforması çərçivəsində Qardaş Azərbaycan ilə həqiqətləri dünyaya birlikdə çatdırmaq naminə hər zaman qətiyyətlə gələcəyə addımlayacağımıza ürəkdən inanırıq. Bu xoşbəxt gün münasibətilə azərbaycanlı qardaşlarıma səmimi hörmət və məhəbbətimi göndərirəm".

Избранный
23
4
apa.az

7Источники