RU

Dünya çempionatı: Qalib nə qədər qazanacaq?

ABŞ-da keçirilən klublararası dünya çempionatı üçün ümumi mükafat fondu açıqlanıb.

Msport.az xəbər verir ki, mükafat fondu 775 milyon funt-sterlinqdir.

Bu məbləğ 32 klub arasında bölüşdürüləcək. Klublar hər mərhələ üçün müəyyən olunmuş məbləğləri alacaqlar:

Qrup mərhələsində qalib gələn komanda 1.5 milyon funt, heç-heçə edən isə 800 min funt əldə edəcək.

 

1/8 final: 5.8 milyon funt

1/4 final: 10.1 milyon funt

1/2 final: 16.2 milyon funt

Finalçı: 23.2 milyon funt

Qalib: 30 milyon funt

 

Qeyd edək ki, turnirin qalibi 97 milyon funtadək qazana bilər.

Избранный
23
1
msport.az

2Источники