Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandaları uğurlu nəticələr göstəriblər.
Apasport.az xəbər verir ki, Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu qızıl medal qazanıb.
Kişi cütlüklərin mübarizəsində Murad Rəfiyev və Daniel Abbasov rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Kişilərdən ibarət qrup – Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaih Dünya Kubokunu gümüş medalla başa vurublar.
Qarışıq cütlüklər arasında mübarizə aparan Milana Əliyeva və Sabir Ağayev də yarışın gümüş medalına layiq görülüblər.
Gimnastlarımız Avropa kubokunda gümüş medal qazanıblar
Gimnastlarımız Avropa kubokunda gümüş medal qazanıblar
Bədii gimnastlarımız Avropa Kubokunda iştirak edəcəklər
Goranboyda bədii gimnastika üzrə bölgələrarası kubok keçiriləcək
Gimnastlarımız beynəlxalq turnirdə 17 medal qazanıb