RU

"WhatsApp"dan YENİLİK

"WhatsApp" süni intellektə əsaslanan yeni funksiyanı sınaqdan keçirir. Bu funksiyaistifadəçilərə şəxsi çatlar, qruplar və kanallarda oxunmamış mesajların qısa xülasəsini təqdim edəcək.

Bizim.Media xəbər verir ki, funksiya hazırda yalnız"Android" cihazlarında beta test mərhələsindədir və məhdud istifadəçi qrupuna təqdim olunub.

Xülasə funksiyasını aktivləşdirmək üçün "Private Processing" rejimi işə salınmalıdır. Oxunmamış mesajlar çox olduqda, "Meta AI" düyməsigörünəcək və bu düymə vasitəsilə yazışmanın qısa icmalı əldə ediləcək.

Şirkət bildirir ki, bu prosesdə məxfilik qorunur, məlumatlar saxlanmır və istifadəçiyə aid edilmir. Eyni zamanda, "Advanced Privacy" rejimiaktiv olduqda bu funksiya avtomatik sönür.

Qeyd edək ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi və iOS versiyası ilə bağlıdetallı məlumat hələ açıqlanmayıb. (Milli.az)

Bizim.Media

Избранный
8
4
bizim.media

5Источники