İyunun 21-də Bakı Kristal Zalında keçiriləcək UFC gecəsinin əsas döyüşündə iştirak edəcək Camahal Hill Bakıya gəlib.

Offsideplus.az xəbər verir ki, amerikalı döyüşçü bu gün ölkəmizə təşrif buyurub. 

Qeyd edək ki, yarım ağır çəki dərəcəsində Hillin rəqibi Halil Rauntri olacaq.

Bundan başqa, UFC Baku Fight Nightdə 3 azərbaycanlı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev oktaqona çıxacaq.