RU

Trampın ad günündə etiraz aksiyaları bütün ölkəyə yayıldı


Şənbə günü minlərlə insan ABŞ-da prezident Donald Trampa və onun Vaşinqtonda keçirdiyi hərbi parada qarşı etirazlara qoşulmaq üçün küçələrə axışıb. Rəsmi olaraqparad ABŞ ordusunun 250 illiyinə həsr edilsə də,paradın həm də Trampın ad gününətəsadüf etməsi diqqət çəkib.Ölkədə paradla yanaşı etiraz aksiyaları da vüsət alıb.Baxmayaraqki,Tramp etirazlara qarşı xəbərdarlıq etmişdi. Nümayişlər “No Kings” adlı qrup tərəfindən təşkil edilib və həmin gün Tramp və onun administrasiyasına qarşı milli etiraz günü elan edilib. Nyu York, Filadelfiya, Hyuston və ABŞ-ın bir çox digər böyük şəhərlərində mitinqlər keçirilib, burada yerli qanunvericilər, həmkarlar ittifaqı liderləri və vətəndaş cəmiyyəti fəalları əllərində Amerika bayraqları yanaşı Trampı tənqid edən plakatlar tutmuşdular.Şənbə gecəsi keçirilən hərbi parad rəsmi olaraq ABŞ ordusunun 250 illik yubileyinə təsadüf etməklə yanaşı həm də Trampın ad gününə təsadüf edib. Prezident xəbərdarlıq etmişdi ki, hərbi parad zamanı etiraz etməyə cəhd edən nümayişçilər "çox böyük qüvvə ilə qarşılanacaqlar". Bəzi siyasətçilər və keçmiş hərbi liderlər ABŞ ordusunun təhlükəli şəkildə siyasiləşdirilməsi hesab etdikləri paradı sərt şəkildə tənqid ediblər. Trampın tənqidçilərinin fikrincə, bu prosesin başqa bir təzahürü də Los-Ancelesdə baş verənlərdir.Hansı ki, Tramp aksiyaçılara qarşı ona tabe olan Milli Qvardiyanı, hətta dəniz piyadaları korpusunucəlb etmişdi.

Surxay Əliyev

Избранный
45
baki-xeber.com

1Источники