RU

Türkiyə MN Azərbaycanı təbrik etdi

Türkiyə və Azərbaycan türk dünyasının iki sarsılmaz dövlətidir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı X hesabında Azərbaycana təbrik paylaşımında qeyd olunub.

"Bir dəfə yüksələn bayraq, bir daha enməz. Tarix, dil, millətçilik şüuru ilə birləşən böyük türk dünyasının iki sarsılmaz dövləti: Türkiyə və Azərbaycan! “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman çiyin-çiyinə dayandığımız qardaş Azərbaycanın Milli Qurtuluş Gününü qeyd edirik, Azərbaycan xalqını sevgi və qürurla salamlayırıq", - paylaşımda bildirilib.

Избранный
50
14
axar.az

10Источники