RU

Standard & Poor's Almaniyanın kredit reytinqini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq kredit reytinq agentliyi "Standard & Poor's" (S&P) Almaniyanın kredit reytinqini "AAA/A-1+" səviyyəsində təsdiqləyib və reytinqin proqnozunu "stabil" olaraq saxlayıb.

Banco.azxəbər verir ki, reytinq agentliyi Almaniya iqtisadiyyatı ilə bağlı qiymətləndirməsini yayımlayıb.

“S&P” tərəfindən verilən açıqlamada Almaniyanın uzun və qısa müddətli yerli valyutada kredit reytinqinin “AAA/A-1+” səviyyəsində təsdiqləndiyi, reytinq proqnozunun isə “sabit” olaraq qorunduğu bildirilib.

Açıqlamada Almaniyanın yeni maliyyə paketinin büdcə kəsirini 2027-ci ilə qədər ümumi daxili məhsulun (ÜDM) 3,5 faizindən yuxarıya çıxara biləcəyi, bu göstəricinin əvvəlki proqnozdan xeyli yüksək olduğu qeyd edilib.

Lakin əlavə investisiya xərclərinin Almaniyanı hazırkı iqtisadi durğunluqdan çıxara biləcəyi vurğulanıb və 2026–2028 dövründə real iqtisadi artımın 1,5 faiz olacağı gözlənildiyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
22
banco.az

1Источники