RU

Biləsuvarda ağır qəzaÖlənlər var

Biləsuvar rayonunda ağır yol qəzasında iki nəfər ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndi ərazisində qeydə alınıb.

“Hyundai Santa Fe” markalı avtomobilə “VAZ 2107” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər - Elxan Feyziyev və Qalib İsmayılov ölüb, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar.

TƏBİB-dən bildirilib ki, bu gün saat 12:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlardan 1985-ci il təvəllüdlü şəxsə başın, döş qəfəsinin səthi travması, sol kürəkdə və sağ dizdə əzilmiş və sıyrıqlar, 2000-ci il təvəllüdlü şəxsə isə dəqiqləşdirilməmiş kəllədaxili travma, döş qəfəsinin səthi travması diaqnozları təyin edilib.

Hazırda hər ikisinin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Избранный
56
4
xezerxeber.az

6Источники