Baş məşqçi postuna Tomas Frankı gətirən "Tottenhem" ilk transferini edib.
Offsideplus.az xəbər verir ki, London klubu "Bavariya"dan Matis Teli birdəfəlik heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Onlar bu keçid üçün Almaniya klubuna 35 milyon avro ödəyəcək.
Tel ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.