“Tottenhem” “Bavariya”dan icarəyə götürdüyü Matis Teli birdəfəlik transfer edib.
Msport.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı hücumçunun müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədə olacaq. O, iyunun 30-da icarə müddəti bitdikdən sonra yeni sözləşməyə qol çəkəcək.
Qeyd edək ki, Matis Tel fevraldan “Tottenhem”də çıxış edir. O, komanda ilə UEFA Avropa Liqasının qalibi olub.