RU

Türkiyədə 2 hava şarı yerə çırpıldı - 1 ölü, 19 yaralı var

Ajans.az “TRT Haber”ə istinadən xəbər verir ki, qəza nəticəsində pilot həyatını itirib, turistlər isə yaralanıb. Aksaray valisi Mehmet Ali Kumbuzoğlu pilotun ayaqlarının kəndirə ilişdiyi üçün səbətdən yıxıldığını qeyd edib: “Təəssüf ki, pilotumuz səbətin altında qalıb və dünyasını dəyişib. Turistlərimizin vəziyyəti yaxşıdır. Təcili yardımla xəstəxanaya çatdırdıq”. Onun sözlərinə görə, hadisə zamanı 19 indoneziyalı turist xəsarət alıb.

Həmçinin İhlara vadisindən havaya qalxan başqa bir hava şarının Güzelyurt rayonunun Belisırma kəndi yaxınlığında sərt eniş etdiyi və 12 hindistanlı turistin yüngül yaralanaraq xəstəxanaya aparıldığı bildirilib.

Избранный
0
4
Ajans.az

5Источники