RU

"Tottenhem" "Bavariya"nın futbolçusunu transfer etdi - RƏSMİ

BAKI, 15 iyun. TELEQRAF

İngiltərənin "Tottenhem" klubu Almaniyanın "Bavariya" komandasından Matis Teli transfer edib.

Teleqraf xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

UEFA Avropa Liqasının son qalibi 20 yaşlı hücumçu ilə müddəti 2031-ci ilin yayına qədər olan müqavilə imzalayıb. "Bavariya" bu keçiddən 35 milyon avroya yaxın gəlir əldə edib.

Tel hazırda Fransa millisi ilə U-21 Avropa çempionatında mübarizə aparır. Onun komandası iyunun 14-də qrup mərhələsinin ikinci turunda Gürcüstan seçməsini 3:2 hesabı ilə məğlub edib. Tel görüşün 35-ci dəqiqəsində penaltidən fərqlənməyi bacarıb.

Qeyd edək ki, Matis Tel son mövsümün ikinci hissəsini icarə əsasında "Tottenhem"də keçirib. O, iştirak etdiyi 20 oyunda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Избранный
17
teleqraf.com

1Источники