RU

İranın İsrailə hücumları tam qarşılıqlı şəkildədir – İran xarici işlər naziri

Bakı. Trend:

İran İsrailə hücumlarını tam şəkildə qarşılıqlı olaraq həyatakeçirib.

Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçibu gün (15 iyun) Tehranda xarici ölkələrin diplomatları ilə baştutan görüşdə deyib.

Onun sözlərinə görə, İran İsrailə hərbi hava hücumlarının ilkgecəsində sadəcə hərbi hədəfləri atəşə tutub.

Araqçi bildirib ki, lakin sonradan İsrail tərəfi Tehranneftayırma zavodu və Buşehr vilayətində bəzi iqtisadi hədəflərivurduğuna görə, ötən gecədən İran da iqtisadi hədəfləri vurmağabaşlayıb və İsrailin iqtisadi hədəfləri və neftayırma zavoduvurulub.

“Hücumları iqtisadi ərazilərə, Buşehr vilayətinin Əsəluyəbölgəsinə yönəltmək doğru addım olaraq deyil və qarşıdurmanı Farskörfəzi ətrafına yönəltmək təhlükəli addımdır. Ehtimal olunur ki,bu hərəkət müharibəni İran ərazisindən kənara yaymaq kimi məqsədidaşıyır. Beynəlxalq ictimaiyyətin bu hücumları dayandırması üçünaddım atacağı gözlənilir”, - deyə o qeyd edib.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, ocümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri,İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı HüseynSalami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid,SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvəalimi və yüksək vəzifəli şəxslər ölüb.

Избранный
13
1
az.trend.az

2Источники