Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, görülən müvafiq tədbirlər nəticəsində, yeddi nəfər diplomatik heyətin ailələri daxil olmaqla, ümumilikdə 28 Qırğızıstan Respublikasının vətəndaşı İrandan Azərbaycana gəlib.
İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.