RU

Tahir Budaqov: Bu, Azərbaycanın ədalətin müdafiəçisi kimi mövqeyiniortaya qoyur

BAKI, 15 iyun. TELEQRAF

"Hər birimizə məlumdur ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində olduqca gərgin proseslər və ciddi geostrateji dəyişikliklər baş verməkdədir".

Teleqraf xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən "Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar" mövzusundakı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qlobal kataklizmlərin meydana gətirdiyi təhdid və çağırışlar fonunda yeni dünya nizamına transformasiya məsələsi beynəlxalq müstəvidə ciddi müzakirə predmetinə çevrilmişdir:

"Azərbaycan yeni geosiyasi nizamın tərəfdarı kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı qətiyyətli mübarizə apararaq müstəqil və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edən Azərbaycan regionda ədalətli geosiyasi nizamın - yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması, sülh naminə etimad quruculuğunun həyata keçirilməsi istiqamətində fəal siyasət yürüdür.

Ölkəmizin strateji kursu beynəlxalq hüquq normalarına riayət olunması, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi, daxili işlərinə müdaxiləolunmaması və qarşılıqlı surətdə milli maraqların nəzərə alınması kimi prinsiplərə əsaslanır. BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış qətnamələrinin icrasını öz gücü hesabına təmin edərək çoxillik münaqişəyə son qoymaqla müstəsna beynəlxalq siyasi-hüquqi presedent yaradan Azərbaycan bütün dünyada sülhün, ədalətin, bərabərliyin müdafiəçisi kimi mövqeyini aydın şəkildə ortaya qoyur".

Избранный
12
5
teleqraf.com

6Источники