RU

“Qalatasaray”ın növbəti hədəfi “Mançester Siti”nin ulduzudur

 “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını “Qalatasaray”da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisi 30 yaşlı futbolçuilə maraqlanır.

Türkiyə klubu Leroy Sanenin transferini reallaşdırdıqdan sonra portuqaliylının alınmasını planlaşdırır. İstanbul nəhəngi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Portuqaliyalı oyunçuya “Benfika” da maraq göstərir, lakin “Qalatasaray” ona daha yaxşı maliyyə şərtləri təqdim edib.

Bernardo Silva 2017-ci ildən “şəhərlilər”in şərəfini qoruyur. 2024/25 mövsümündə o, 49 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

 

 

 

Избранный
43
90deqiqe.az

1Источники