RU

Bəhram Rəcəbzadə nokauta düşdü

BAKI, 15 iyun. TELEQRAF

Azərbaycanlı idmançısı Bəhram Rəcəbzadə Niderlandda “Glory100” turnirində mübarizə aparıb.

Teleqraf xəbər verir ki, 33 yaşlı kikboksçu ilk görüşdə albaniyalı Asdren Qaşiyə qalib gəlib.

İkinci qarşılaşmada Azərbaycan idmançısı final turnirinə yüksəlmək uğrunda qvineyalı Mori Kromahla qarşılaşıb.

95 kq çəki dərəcəsində yarışan Rəcəbzadə Rotterdamda keçirilən görüşün ilk raundunda nokauta düşərək, mübarizəni dayandırıb.

Избранный
30
teleqraf.com

1Источники