RU

Tehranda DƏHŞƏTLİ partlayış – Şahran neft bazası VURULDU

İranın paytaxtı Tehranda baş verən partlayış görüntüləri yayılıb. İsrail tərəfindən endirilən zərbə Təbriz neft emalı zavoduna yaxın ərazidə baş verib.

Eyni zamanda, xarici mənbələr bildirir ki, Şahran neft bazasına da zərbə endirilib. Bu ərazi İranın neft və qaz sektoruna aid strateji əhəmiyyətli obyektlərə daxildir.

Tehranda aviazərbə nəticəsində ciddi yanğın başlayıb, bomba partlayışları eşidilib. Qeyd edilib ki, Şahran neft bazasında yanğınlar yüksəlir, yanğınsöndürmə briqadaları hadisə yerindədir.

Bu silsilə zərbələr İsrailin İranın həm hərbi, həm neft-qaz obyektlərini hədəf aldığını göstərir. Hazırda bu sahədə informasiya və görüntülərin gəlməsi gözlənilir.

Musavat.com hadisələri izləyr gələcək yeniliklər barədə sizləri məlumatlandıracaq.

Избранный
67
19
musavat.com

10Источники