Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sabiq prezidenti Donald Trampla telefon danışığı aparıb.
KONKRET.az xəbər verir ki, Türkiyə Prezident Aparatının yaydığı açıqlamaya görə, söhbət zamanı İran və İsrail arasında artan gərginlik, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan bildirib ki, Ankara bu gərginliyi diqqətlə izləyir və münaqişənin yeganə həll yolunun nüvə proqramı ilə bağlı danışıqlar olduğunu düşünür. O, ABŞ-ın bu danışıqların davam etdirilməsinə dair mövqeyini dəstəklədiklərini xüsusi vurğulayıb.
Natiq Səlim,
KONKRET.az