RU

Netanyahu: İsrail qırıcıları çox yaxında Tehranın səmasında olacaq

Netanyahu: İsrail qırıcıları çox yaxında Tehranın səmasında olacaq

İsrailin Baş naziri Benyamin Netanyahu “Tehrana gedən yolu açdıq” ifadəsini işlədərək, çox yaxında İsrail qırıcılarının İranın paytaxtı Tehran səmasında uçacağını bildirib.

Netanyahu İsrail Baş Nazirliyinin yaydığı görüntülü mesajda israilliləri ordunun təlimatlarına əməl etməyə çağırıb.

O, İranın İsraili məhv etmək üçün əlində iki təhdid olduğunu iddia edərək, bunların nüvə silahı və raketlər olduğunu bildirib və hücum etmək üçün son "dəqiqədə idik” deyə vurğulayıb.

Netanyahu İranın nüvə silahı istehsalına çox yaxınlaşdığını iddia edərək, İsrailin həyata keçirdiyi hücumların təsirsiz olduğu fikirlərinə cavab olaraq “Natanzı məhv etdik. Zənginləşdirmə obyektinə ağır zərbə endirdik və lazım olsa daha artığını da edəcəyik” deyə əlavə edib.

O həmçinin bildirib ki, İranın nüvə obyektlərini və nüvə alimlərini hədəf alıblar və bu addımların İranın uranı zənginləşdirmə prosesini geri salacağını iddia edib.

İkinci təhdid kimi göstərdiyi İran raketlərinin ziyanının ötən gecə göründüyünü deyən Netanyahu, İranın raketlərini və istehsal imkanlarını məhv etmək üçün hərəkətə keçdiklərini bildirib.

Baş nazir “Onların ildə 20 min raket istehsal etməsinə imkan verə bilmərik, buna görə də istehsal güclərini məhv etmək üçün hərəkətə keçdik və İsrail ordusu hazırda bununla məşğuldur” deyə vurğulayıb.

“Təhrana gedən yolu açdıq” deyən Netanyahu, çox yaxında İsrail qırıcılarının Tehran səmasında olacağını vurğulayıb.

Netanyahu sonda İran rejiminə məxsus hər bir hədəfin vurulacağını qeyd edib.

Избранный
19
afn.az

1Источники