Nyu-Yorkda minlərlə insanın iştirakı ilə Tramp qarşı etiraz aksiyası keçirilir
ABŞ-da Donald Tramp administrasiyasının siyasətinə etiraz olaraq minlərlə insan Nyu-Yorkun mərkəzinə axışıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, etirazçılar Manhettenin mərkəzində yerləşən Beşinci avenyu boyunca yürüş keçirirlər. Onlar “Biz — hakimiyyətik”, “Sülh — hakimiyyətdir”, “Deportasiyalara yox”, “İranla müharibəyə yox” kimi şüarlar yazılmış plakatlar və barabanlarla aksiyanı davam etdirirlər. Aksiya dinc şəkildə keçir. Əraziyə cəlb olunan gücləndirilmiş polis qüvvələri hələlik etiraza müdaxilə etmir.
14 iyun — Donald Trampın doğum günü və ABŞ ordusunun 250 illiyidir. Vaşinqtonda keçirilən hərbi paradla bərabər ABŞ-ın müxtəlif şəhərlərində genişmiqyaslı etiraz aksiyaları təşkil olunub. Aksiyalar “No Kings” (“Krallara yox”) hərəkatının təşkilatçılığı ilə keçirilir.
Aksiya iştirakçılarının şüarı aşağıdakı kimidir:
“No Kings" — bu, ümummilli itaətsizlik günüdür. Biz avtoritarizmi rədd edirik və dünyaya əsl demokratiyanın necə göründüyünü göstərmək üçün hərəkətə keçirik. Trampın olmadığı hər yerdə olacaq və deyəcəyik: Taxtlara yox, taclara yox, krallara yox!”