İyunun 21-də Bakı Kristal Zalında keçiriləcək UFC Döyüş Gecəsində iştirak edəcək Rafael Fiziyev Bakıya çatıb. 

Offsideplus.az xəbər verir ki, bu gün ölkəmizə çatan döyüşçü Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanıb, fanatlara avtoqraf paylayıb, jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, "UFC Baku Fight Night"da Azərbaycan idmançılarından Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaq.