Dünən Tehrana hücumlar zamanı İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən 2 F-35 qırıcısının vurulmasının bütün dünyada əks-sədaları davam etdiyi bir vaxtda, daha bir diqqətçəkən hadisə baş verib.
İran ordusu ölkənin qərb səmasında İsrailə məxsus F-35 döyüş təyyarəsinin, ölkənin müxtəlif bölgələrində isə ümumilikdə 10 İsrail döyüş təyyarəsinin vurulduğunu açıqlayıb.
İran mediası xəbər verir ki, vurulan F-35-in pilotu İran İnqilabı Keşikçiləri Korpusuna bağlı xüsusi təyinatlılar tərəfindən əsir götürülüb.
Mövzu ilə bağlı ətraflı məlumatın daha sonra ictimaiyyətə açıqlanacağı bildirilib.
İsrail Ordusunun sözçüsü Aviçay Adraee isə X hesabından verdiyi yazılı açıqlamada İsrailə məxsus F-35 döyüş təyyarəsinin İranda vurulması xəbərinin doğru olmadığını iddia edib.
Rəsmi Tehran yaxın saatlarda İsrailə qarşı yeni hücumların başlayacağını bəyan edib. Hazırda hücumlarını davam etdirən İsrail isə İranın enerji infrastrukurunu, hava limanlarını və hökumət binalarını vuracağını açıqlayıb.
TAHİR