RU

Nigeriyalı futbolçu "Napoli" yolunda

“Napoli” Ademola Lukmana maraq göstərir.

Sportal.az xəbər verir ki, "La Gazzetta dello Sport"un yazdığına görə, nigeriyalı hücumçu yeni peşəkar çağırış axtarır və çempionluq uğrunda mübarizə aparan, Avropada uğurlu çıxış edə bilən iddialı bir klubda oynamaq istəyir.

“Atalanta” 27 yaşlı futbolçu ilə bağlı təklifləri dinləməyə hazırdır. Klub onun üçün 60 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Bildirilir ki, bu məbləğ “Napoli”ni qorxutmur. Hücum xətti üçün nəzərdə tutulan əsas transferə minimum 50 milyon avroluq büdcə ayrılıb.Lukman özü isə İngiltərə Premyer Liqasından təklif gözləyir. Bununla yanaşı, ona İspaniyadan da maraq var.

Qeyd edək ki, geridə qalan A Seriyası mövsümündə nigeriyalı futbolçu 31 matçda 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi

Избранный
12
1
sportal.az

2Источники