RU

Daha iki cüdoçumuz yarışı mükafatsız başa vurdular Dünya çempionatı

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu yarışda mübarizəyə qoşulub.

66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev yarışa inamlı başlayıb. O, əvvəlcə braziliyalı Ronald Limaya, daha sonra isə italiyalı Matteо Pirasə qalib gəlib. Lakin 1/8 final mərhələsində Paşayev yaponiyalı Takeshi Takeokayla görüşdə məğlub olaraq mübarizəni dayandırıb.

52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədalıyeva isə ilk qarşılaşmada Kipr təmsilçisi Sofiya Asvestaya məğlub olub.

Ötən gün mübarizəyə start verən təmsilçilərimizdən Əhməd Yusifov (60 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) yarışı mükafatsız başa vurublar.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
2
qol.az

1Источники