RU

"Kristal Pelas" avrokuboklardan kənarda qala bilər

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”ni məğlub etməklə Avropa Liqasına vəsiqə qazanan “Kristal Pelas” bu turnirə buraxılmaya bilər. Bu isə avrokubokların debütantları üçün tez-tez rast gəlinən mövzudu: onların başqa klublarla yollarının kəsişib-kəsişmədiyi yoxlanılır.

“Kristal Pelas”a mane olan iki detal var.

1. “Kristal Pelas”ın səhmlərinin 43 faizə yaxını biznesmen Con Tekstora məxsusdu, ancaq o, 2022-ci ilin sonunda “Lion”un da majoritar səhmdarına çevrilib. Fransa klubu da Liqa 1-də 6-cı yeri tutmaqla Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
2. Səhmlərin daha 18 faizinə sahib olan Devid Blitser isə “Brondbü”nün də sahibidi. Danimarka çempionatında 3-cü yeri tutan bu klub Konfrans Liqasında oynayacaq.

Odu ki, “Kristal Pelas”ın avrokubokların ən kiçiyinə buraxılması da sual altındadı. Belə hallarda üstünlük çempionatda daha yüksək yer tutan komandaya verilir. Bu məqamda da hər şey “Pelas”ın əleyhinədi: bu komanda premyer-liqada 12-c yeri tutub, deməli, 6-cı yeri tutan “Lion”la 3-cü yeri tutan “Brondbü” önə çıxacaq.

“Kristal Pelas” heç kim indiki durumu şərh etməsə də, “Daily Mail” yazır: klubda məhz özlərinin avrokubokda oynayacaqlarına əmindilər. Ona görə ki, “Lion”la heç bir faktiki bağ, ümumi obyektlər və ya oyunçular yoxdu, Con Tekstor isə “Pelas”da müstəqil qərarlar vermir.

İndi əsas sual budu: bu dəlillər UEFA üçün inandırıcı olacaqmı? Bu qurumda investorların təsirinin məhdudlaşdırılması məsələsinə çox həssas yanaşırlar. İyun ayı ərzində bu məsələyə yekun vurulacaq.

Hər şey olduğu kimi qalsa, “Kristal Pelas”la “Lion” Avropa Liqasının əsas mərhələsində oynayacaq, “Brondbü” isə mübarizəyə Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu turnirdə püş iyunun 18-də atılacaq, oyunlar isə iyulun 24-ü və 31-də keçiriləcək.

“Pelas”a avrokuboklarda oynamaq icazəsi verilməsə, premyer-liqadan AL-ə 7-ci yeri tutan “Nottengem Forest” (hələ ki KL-də iştirak hüququna malikdi) adlayacaq, KL-də olan yer isə 8-ci yerin sahibi “Brayton”a qismət olacaq. “Brayton” avrokubokların 2023/24 mövsümünü parlaq keçirib: Avropa Liqasında “Marsel”, “Ayaks” və AEK-in də yer aldığı qrupu lider kimi bitirib, 1/8 finalda “Roma”ya uduzub.

“Pelas”ın, demək olar ki, avrokubok təcrübəsi yoxdu. 1998-ci ildə heyətində İlhan Mansızın da olduğu “Samsunspor”a iki dəfə 0:2 hesabıyla uduzublar. “Pelas” premyer-liqada heç vaxt 10-cu pillədən yuxarı qalxa bilməyib, 1991-ci ildə - premyer-liqa yaranmamış isə 3-cü yeri tutub. Həmin vaxt bu nəticə də avrokuboklara vəsiqə qazanmağa kifayət etməyib.

İngiltərəni qitə turnirlərində ilk iki yerin sahibi (Arsenal, Liverpuk), kubokun sahibi (Tottenhem) və Kuboklar Kubokunun qalibi (Mançester Yunayted) təmsil edib.

Избранный
21
1
football-plus.az

2Источники