RU

Pezeşkiandan danışıqlar masasına qayıtmağı xahiş etdi

“İsrail hücumlarını davam etdirdiyi müddətdə Tehran ABŞ ilə nüvə müzakirələrində iştirak etməyəcək”.

“Qafqazinfo” ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Pezeşkian İranın diplomatiyaya üstünlük verdiyini, lakin təzyiq altında irrasional tələbləri qəbul etməyəcəyini və ya sionist rejimin hücumlarını davam etdirdiyi bir vaxtda danışıqlar masasına oturmayacağını bildirib.

Makron danışıq zamanı Pezeşkiandan “tezliklə danışıqlar masasına qayıtmağı” xahiş edib.

Избранный
15
1
qafqazinfo.az

2Источники