
Naməlum şəxs ABŞ-nin Minnesota ştatının deputatını güllələyərək öldürüb, senatoru isə yaralayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Atışma iyunun 14-də səhər tezdən Minneapolisdən bir neçə kilometr şimalda yerləşən iki qonşu şəhərdə, Çemplin və Bruklin Parkında baş verib. Atəş açan şəxs polis forması geyinib.
Əvvəlcə atıcı ştat senatoru Con Hoffman və onun həyat yoldaşına atəş açıb. Onlar çoxsaylı güllə yaraları ilə xəstəxanaya yerləşdiriliblər, həkimlər onların sağ qalma şanslarını zəif qiymətləndirirlər.
Bundan sonra hücumçu Minnesota Nümayəndələr Palatasının üzvü Melissa Hortmanın evinə gedərək onu və ərini güllələyib.