Pentaqonun rəhbəri Pit Heqset bəyan edib ki, Ukraynada yerləşdirilmiş bəzi hava hücumundan müdafiə (HHM) sistemləri Yaxın Şərqə köçürülüb.
APA xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına açıqlamasında bildirib.
“Biz bu regionda və dünyanın müxtəlif yerlərində öz hərbçilərimizi qorumaq üçün bütün mövcud resurslardan istifadə edirik”, - Hegset vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Yaxın Şərqdə yerləşən hərbi personalının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atmağa hazırdır.