RU

Qurban Qurbanov ötən yay bu qərarı versəydi...

"Qarabağ"da köklü dəyişikliklərə start verilib.

Artıq klub Marko Veşoviç, Yassin Benzia, Patrik Andrade və İsmayıl İbrahimli ilə yolları ayırıb.

Siyahı daha da böyüyə bilər.

Qış fasiləsində Juninyo və Romanun gedişini də unutmaq olmaz.

Son illər "köhlən atlar" ilk dəfə bu çapda iri dəyişikliklərə gedir.

Təbii olaraq gələcəklə bağlı bir narahatlıq var. Görəsən, ediləcək yeni transferlər yaranmış boşluqları doldura biləcəkmi?

Bu suala dəqiq cavab vermək mümkün deyil.

Zaman özü hər şeyi göstərəcək.

Amma bir məqamı xatırlatmaq yerinə düşər.

Ötən ilin yayında Ağdam klubu tarixinin ən uğurlu avrokuboklar mövsümünü keçirmişdi.

Kollektiv mübarizəni yalnız Avropa Liqasının 1/8 final mərhələsində "Bayer Leverkuzen"ə məğlub olmaqla dayandırmışdı. Həm də son saniyələrdə 1/4 finala vəsiqə qazanmaq əldən çıxmışdı.

Hər birimiz düşünürdük ki, heyəti qoruyub-saxlamaq mümkün olsa, növbəti avrokuboklarda "Qarabağ" daha da irəli gedə bilər.

Qurban Qurbanov da belə düşündü. Nəticədə çox saylı təkliflərə rəğmən Julio Romao, Marko Yankoviç, Juninyo kimi adlar başda olmaqla heyət qorundu. Bunun üçün əlavə maaş artımına da gedildi.

Amma biz nə gördük?

Daha yaxşı nəticə gözlədiyimiz həmin kollektiv Avropa Liqasının əsas mərhələsində sonuncu pilləni tutdu.

Dönüb arxaya baxanda, bugünkü kütləvi ayrılığı gecikmiş qərar da saya bilərik.

Bəlkə də ötən il indi başverənlər gerçəkləşsəydi, həm arxada qalan mövsüm nəticə daha yaxşı olardı, həm də bu gün sabaha daha çox ümidlə baxa bilərdik.

XANOĞLAN İMANOV

Избранный
13
sportinfo.az

1Источники