RU

Putin Trampa 5-ci dəfə zəng etdi

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib .

Diplomatın sözlərinə görə, dövlət başçılarının söhbəti 50 dəqiqə davam edib.

"Onların söhbəti mənalı, səmimi və ən əsası çox faydalı oldu.

Siyasətçilər Yaxın Şərqdəki eskalasiyanı, İkinci Dünya Müharibəsi zamanı Rusiya və Amerika xalqlarının silahdaşlığını və Ukraynada nizamlanmanı müzakirə ediblər .

Избранный
7
publika.az

1Источники