RU

Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş elmi praktik konfrans keçirilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA)15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Bu barədə AZIRTAC-a DİA-dan məlumat verilib.

Bildirilib ki, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli Lider Heydər Əliyevin tariximizdəki əvəzsiz rolunu xüsusi vurğulayıb. O, 1993-cü ildə xalqın iradəsi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ölkəni parçalanma və vətəndaş qarşıdurmasından xilas etdiyini, bununla da 15 iyunun tariximizə Milli Qurtuluş Günü kimi daxil olduğunu xatırladıb. Rektor həmçinin qeyd edib ki, Ümummilli Liderin müəyyən etdiyi strateji siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə Azərbaycan davamlı və dinamik inkişaf yolundadır.

Urxan Ələkbərov əlavə edib ki, Heydər Əliyevin əsasını qoyduğu idarəetmə texnologiyaları bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilərək tətbiq edilir və bu istiqamətdə mühüm nailiyyətlər əldə olunub. O həmçinin müasir Azərbaycanın inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın mühüm rolunu qeyd edərək, onun fəaliyyətinin ölkənin tərəqqisinə mühüm töhfələr verdiyini vurğulayıb.

Rektor bildirib ki, Dövlət İdarəçilik Akademiyasında Prezident İlham Əliyevin həyata keçirdiyi idarəetmə texnologiyaları və idarəçiliyin əsas prinsipləri bakalavr, magistratura və ixtisasartırma pillələrində təhsil alan tələbələrə, eləcə də müxtəlif dövlət qurumlarının əməkdaşlarına keçirilən təlim və seminarlar vasitəsilə ətraflı şəkildə izah olunur. Akademiya təsis edilən vaxtdan burada “Heydər Əliyevin milli ləyaqət fəlsəfəsi”, “Heydər Əliyevin dövlət idarəçiliyi təcrübəsi” kimi fənlər tədris edilməyə başlanmışdır. Sonralar, “Heydər Əliyev irsinin politoloji aspektləri” adlı fənn bütün ixtisasların tədris proqramlarının fənləri sırasına daxil edilmişdir.

Elmi-praktik konfransda çıxış edən Milli Məclisin deputatı, Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti Aydın Mirzəzadə öz çıxışında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi və Azərbaycan dövlətçiliyinin qorunmasında oynadığı mühüm roldan bəhs edib.

O, eyni zamanda müəllifi olduğu “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” adlı dərslikdə Ümummilli Liderin həyat və fəaliyyətinin, eləcə də nəzəri baxışlarının bir elmi sistem kimi tədqiq edildiyini vurğulayıb. Dərslikdə Heydər Əliyev irsinin formalaşmasının tarixi-siyasi səbəbləri araşdırılır, onun siyasi fəaliyyətinin politologiya elminin inkişafına verdiyi töhfələr əsaslandırılır. Çıxış zamanı qeyd olunub ki, kitabda həmçinin Ümummilli Liderin siyasi baxışlarının predmeti, əsas kateqoriyaları və nəzəri mənbələri elmi şəkildə təhlil olunur, bu baxışların arxasında duran qanunauyğunluqlar göstərilir. Heydər Əliyevin çalışdığı bütün sahələrdə tətbiq etdiyi idarəçilik metodologiyası sistemləşdirilir və ümumiləşdirilmiş prinsiplər halında təqdim olunur.

A. Mirzəzadə diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı konseptual daxili və xarici siyasət gələcək nəsillər üçün strateji yol göstəricisi kimi çıxış edir – Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına, cəmiyyətin dayanıqlı inkişafına və müasir çağırışların effektiv həlli üçün əhəmiyyətlidir.

Daha sonra Hüquq kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Fəxrəddin Nağıyev çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin Naxçıvana gəlişi, oradakı fəaliyyəti, daha sonra Azərbaycan Respublikasının Prezidenti kimi apardığı fəaliyyət haqqında danışıb. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsindəki müstəsna xidmətlərindən bəhs edib.

Fəlsəfə kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov çıxışında Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə xüsusilə toxunub, bu sahədə aparılan işlər və hazırkı vəziyyət haqqında qeydlər edib.

Sonda gənclərin sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
azertag.az

1Источники